“Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa baş məşqçi Alvaro Arbeloanın rəhbərliyi altında komandada yaxşı atmosferin olduğunu qeyd edib.
İdman.Biz bildirir ki, oyunçu həmçinin mediada ispan məşqçinin vaxtaşırı oyunçularını şirniyyatlarla mükafatlandırdığı barədə yayılan məlumatları da təsdiqləyib. Daha əvvəl Arbeloanın qələbələrdən sonrakı gün bunu etdiyi bildirilirdi.
“Düşünürəm ki, o, Ançelotti ilə eyni xarakterə malikdir, çünki o, bizə meydanda və meydandan kənarda çox sərbəstlik verir. Söhbət onun oyunçularla necə davranmasından, onlarla necə ünsiyyət qurmasından gedir. Arbeloa hətta məşqdən sonra bizə şirniyyatlar gətirirdi. Hansı növ? Bəzən ponçiklər, bəzən “Oreo”lar, bəzən isə digər “qadağan olunmuş qidalar”dan gedir”, - deyə ESPN Kamavinqanın sözlərini sitat gətirib.
