İngiltərə yoldaşlıq oyununda Yaponiyaya məğlub olub

1 Aprel 2026 00:57
136
İngiltərə yoldaşlıq oyununda Yaponiyaya məğlub olub

İngiltərə və Yaponiya arasında keçirilən yoldaşlıq oyunu başa çatıb. Matç 1:0 hesabı ilə Yaponiyanın qələbəsi ilə bitib.

İdman.Biz bildirir ki, oyun Londondakı “Uembli” stadionunda baş tutub.

Qarşılaşmanın yeganə qolunu 23-cü dəqiqədə Kaoru Mitoma vurub.

DÇ-2026-da İngiltərə L qrupunda Xorvatiya, Qana və Panama ilə oynayacaq. Yaponiya isə Niderland, Tunis və sonra məlum olacaq digər komanda ilə qarşılaşacaq.

İdman.Biz