“Əl-Qadisiya” “Barselona”nın yarımmüdafiəçisi Daniel Olmo ilə maraqlanır.
İdman.Biz-in “Marca”ya istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi oyunçunun bir neçə oyununa qatılıb, lakin hələlik transfer təklifi etməyib.
Mənbənin məlumatına görə, Olmo “blauqrana”da xoşbəxtdir və getmək istəmir. “Blauqrana” da 27 yaşlı futbolçuya maraq göstərir.
Olmo bu mövsüm bütün turnirlərdə 38 oyunda meydana çıxıb, səkkiz qol vurub və yeddi məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 60 milyon avrodur.
