İspaniya və Misir arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.
İdman.Biz bildirir ki, matç Barselonadakı “Kornellà-El Prat” stadionunda keçirilib və 0:0 hesabı ilə bitib.
Misirin bütün zamanların ən çox qol vuran oyunçusu Məhəmməd Salah bu matçda oynamayıb.
Hər iki milli komanda ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında mübarizə aparacaq. İspaniya Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla bir qrupda oynayacaq. Misir isə Belçika, İran və Yeni Zelandiya ilə bir qrupdadır.
