Kukurelya “Real Madrid”ə keçməklə saçını kəsdirmək arasında seçim edib

31 Mart 2026 23:31
117
Kukurelya “Real Madrid”ə keçməklə saçını kəsdirmək arasında seçim edib

“Çelsi”nin müdafiəçisi və “Barselona” akademiyasının məzunu Mark Kukurelya İspaniya qarşıdan gələn dünya çempionatını qazansaydı, nə etməyə hazır olacağı barədə sualı cavablandırıb.

İdman.Biz bildirir ki, 27 yaşlı futbolçu 2012-ci ildən 2020-ci ilə qədər “Barselona”da oynayıb.

Kukurelya qeyd edib ki, İspaniya dünya çempionatını qazansa belə, saçını qırxdırmayacaq.

“Xeyr, saçlarım mənim üçün müqəddəsdir”, - Kukurelya deyib.

Lakin oyunçu “Real Madrid”ə keçməklə saç kəsimi arasında fərqli seçim edib. Belə ki, Kukurelya “Real”a keçmək naminə saçını keçəl qırxdırmağa belə hazır olduğunu bildirib

Kukurelya 2022-ci ilin yayından “Çelsi”dədir. 2024-cü ilin yayında İspaniya ilə Avropa çempionu olub.

İdman.Biz