“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının gələcəyindən ciddi şəkildə narahatdır, çünki yarımmüdafiəçilər Bernardo Silva və Rodri mövsümün sonunda klubdan ayrıla bilərlər.
İdman.Biz bu barədə “Football Insider”ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Rodri və Bernardo təkcə meydanda deyil, həm də meydandan kənarda əhəmiyyətli təsirə malikdirlər və onların gedişi “Siti”nin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Portuqaliyalı futbolçu gələn yay karyerasını azad agent kimi davam etdirmək üçün bütün variantları araşdırmaq niyyətindədir. PSJ, “Yuventus” və “Benfika”nın hamısı maraq göstərir. Rodri üçün “Real Madrid”ə keçid istisna edilmir.
Silva 2017-ci ildən, Rodri isə 2019-cu ildən bəri “Mançester Siti”də oynayır.
