Hollandın avtomobil kolleksiyası genişlənir - FOTO

31 Mart 2026 18:16
103
Hollandın avtomobil kolleksiyası genişlənir - FOTO

Futbol üzrə Norveç millisinin və “Mançester Siti” klubunun hücumçusu Erlinq Holand avtomobil kolleksiyasını daha da zənginləşdirib.

İdman.Biz xəbər verir ki, futbolçu “Mercedes-Maybach Virgil Abloh” avtomobilinin sahibi olub. Bildirilir ki, bu avtomobilin dəyəri 400 min funt sterlinq (təxminən 460 min avro) təşkil edib.

Qeyd olunur ki, artıq norveçli futbolçunun avtomobil parkının ümumi dəyəri 10 milyon avroya çatır.

İdman.Biz