“Əl-Nəsr”in hücumçusu və kapitanı Kriştiano Ronaldo yarımmüdafiəçi Kazemironu Səudiyyə Ərəbistanı klubuna keçməyə razı salmaq üçün təşəbbüs göstərib.
İdman.Biz-in “Marca”ya istinadən məlumatına görə, braziliyalı bu yay “Mançester Yunayted”dən ayrılacaq.
Mənbənin məlumatına görə, Ronaldu Kazemironu komandasının vəziyyətini yaxşılaşdırmaqda həlledici təkan verəcək əsas element kimi görür.
“İnter Mayami”nin də 34 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalamaqda maraqlı olduğu bildirilir. Komandalar arasında danışıqlar inkişaf mərhələsindədir. Kazemiro bu yaxınlarda Mayamidə görülüb, ehtimal ki, klubun obyektlərini yoxlamaq və rəhbərliklə üzbəüz görüşlər keçirmək üçün.
Ronaldu və Kazemiro 2013-cü ildən 2018-ci ilə qədər “Real Madrid”də birlikdə oynayıblar.
