UEFA Millətlər Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib - YENİLƏNİB

31 Mart 2026 22:30
366
UEFA Millətlər Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib

UEFA Millətlər Liqasında C və D divizionlarının son iki iştirakçısını müəyyənləşdirmək üçün pley-off oyunlarının cavab qarşılaşmaları keçirilib.

İdman.Biz xəbər verir ki, Latviya millisi Cəbəllüttariqlə, Lüksemburq yığması isə Malta ilə qarşılaşıb.

Latviya öz meydançasında Cəbəlüttariqi 1:0 məğlub edib. Lüksemburq isə Maltaya böyük hesabla qalib gəlib - 3:0.

Beləliklə, Latviya və Lüksemburq C, Cəbəlüttariq və Malta isə D liqasında çıxış edəcəklər.

09:44

Bu gün UEFA Millətlər Liqasında C və D divizionlarının son iki iştirakçısını müəyyənləşdirmək üçün pley-off oyunlarının cavab qarşılaşmaları keçiriləcək.

İdman.Biz xəbər verir ki, Latviya millisi Cəbəllüttariqlə, Lüksemburq yığması isə Malta ilə qarşılaşacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Martın 26-da baş tutan Cəbəllüttariq - Latviya oyunu 0:1, Malta - Lüksemburq oyunu isə 0:2 hesabı ilə bitib.

Qeyd edək ki, Cəbəllüttariq - Latviya matçının qalibi C liqasının ikinci, məğlubu D liqasının birinci qrupunda çıxış edəcək. Malta - Lüksemburq oyunun qalibi C liqasının dördüncü, məğlubu isə D liqasının birinci qrupunda mübarizə aparacaq.

İdman.Biz