Elmasın əvəzinə Can

Xəbərlər
31 Dekabr 2023 23:46
390
Elmasın əvəzinə Can

“Napoli” qış transferi dövründə yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.

İdman.biz xəbər verir ki, Neapol klubu Emre Canı hədəfə alıb.

“Napoli” Elif Elmasın “Leyptsiq”ə satılmasından sonra bu variantı nəzərdən keçirib. Bundan başqa, kamerunlu Andre Zambo Angissanın Afrika Millətlər kubokuna yollanması komandanı çətin vəziyyətdə qoyub. Neapollular Dortmund “Borussiya”sından Canı transfer etməklə orta xətdəki problemi aradan qaldırmağa çalışacaq.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2020-ci ildən “Borussiya”da çıxış edir. O, 2023/2024 mövsümündə 19 oyunda meydana çıxıb. Emrenin transfer qiyməti 12 milyon avro dəyərləndirilir.

İdman.biz

Məqalədə: