“Liverpul”un hücumçusu Məhəmməd Salah sosial media səhifəsində İngiltərə klubu ilə qazandığı kubokların fonunda foto paylaşıb.

İdman.Biz bildirir ki, Salah 2017-ci ildən bəri “Liverpul”da oynayır. Bu müddət ərzində 33 yaşlı hücumçu bütün yarışlarda 435 oyun keçirib, 255 qol vurub və 122 məhsuldar ötürmə edib. Salah bu həftə mövsümün sonunda 2Liverpul”dan ayrılacağını açıqlayıb.
İngilis klubu ilə hücumçu iki Premyer Liqa titulunu, İngiltərə Kubokunu və İngiltərə Superkubokunu, iki Liqa Kubokunu, eləcə də Çempionlar Liqasını, UEFA Superkubokunu və FIFA Klublararası Dünya Kubokunu qazanıb.
