İspaniya Hakimlər komitəsi İspaniya La Liqasının 29-cu turunda “Atletiko Madrid”ə qarşı oyunda (3:2) yarımmüdafiəçi Federiko Valverdenin meydandan qovulması ilə bağlı “Real Madrid”in apellyasiya şikayətini rədd edib.
İdman.Biz bu barədə “Marca”ya istinadən xəbər verir.
Apelyasiya qurumu “Los Blancos”un dəlillərinin oyunçunun ilkin bir oyunluq cəzasını ləğv etmək üçün yetərli olmadığı qənaətinə gəlib. Buna görə də Valverde “Real Madrid”in La Liqada 30-cu turda “Malyorka”ya qarşı oyununu buraxacaq.
