“Real Madrid”in hücumçusu Kilian Mbappe klub prezidenti Florentino Peresə zəng edərək klub həkimlərindən müalicə almaq istəmədiyini bildirib.
İdman.Biz-in “L'Équipe”ə istinadən məlumatına görə, bu söhbət martın əvvəlində, fransız futbolçuya diz zədəsi diaqnozu qoyulduqdan sonra baş tutub.
Mənbənin məlumatına görə, Mbappe həmçinin Peresə “Pari Sen-Jermen”də oynadığı dövrdə keçmiş məşqçisi Kristof Bodot tərəfindən müalicə olunmaq niyyətində olduğunu da bildirib. Vurğulanır ki, Bodot hücumçunun diz zədəsi üçün son müalicə protokolunu müəyyən edib.
Daha əvvəl media orqanları “Real Madrid” həkimlərinin səhv dizi müayinə etdiyini bildirib.
