Pulisiçin qolu “Milan”a 3 xal qazandırıb

Xəbərlər
30 Dekabr 2023 23:09
202
Pulisiçin qolu “Milan”a 3 xal qazandırıb

“Milan” 18-ci turu qələbə ilə başa vurub.

İdman.biz xəbər verir ki, “rossoneyerlər” öz meydanında “Sassuolu”nu məğlub edib.

Oyunda vurulan yeganə qolun müəllifi Pulisiç olub. O, 59-cu dəqiqədə fərqlənib.

“Atalanta” eyni hesabla “Leççe”yə qalib gəlib. “Udineze” isə “Bolonya”dan güclü olub.

İtaliya A Seriyası
18-ci tur

Atalanta – Leççe – 1:0
Kalyari – Empoli – 0:0
Udineze – Bolonya – 3:0
Milan – Sassuolo – 1:0
Verona – Salernitana – 0:1

İdman.biz