“Nyukasl Yunayted” yarımmüdafiəçi Lyuis Mayli ilə yeni müqavilə üzrə danışıqlar aparır.
İdman.Biz-in xəbərinə görə, jurnalist və insayder Fabrizio Romano sosial media platforması X-də bunu bildirib.
Mənbənin məlumatına görə, bir sıra aparıcı klublar oyunçunu izləyir və “sağsağanlar” akademiya məhsullarını klubun uzunmüddətli layihəsinin vacib hissəsi kimi görürlər.
Lyuis Mayli 2013-cü ildən bəri “Nyukasl Yunayted”də oynayır. O, həmçinin İngiltərənin 21 yaşadək komandasında oynayır və əvvəllər “üç şir”in gənclər komandasında oynayıb. Bu mövsüm 30 matçda Mayli üç qol vurub və üç məhsuldar ötürmə edib. Onun transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.
