“Ən-Nəsr”in hücumçusu və futbol üzrə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun oğlu olan Ronaldu Junior “Real Madrid” klubunun akademiyasında U-16 komandası ilə məşqə çıxıb.
İdman.Biz xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. Bildirilir ki, portuqaliyalı futbolçu yaxın zamanda İspaniya klubuna tamhüquqlu keçid edə bilər.
Hazırda Ronaldu Junior Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edir. O, daha əvvəl Portuqaliyanın U-15 millisinin heyətində Xorvatiyada keçirilən beynəlxalq turnirə dəvət alıb və finalda meydan sahiblərinə qarşı dubla imza ataraq komandasının qələbəsinə töhfə verib.
Qeyd edək ki, Kriştianu Ronaldu 2009-2018-ci illərdə “Real Madrid”də çıxış edib. O, Madrid klubunun heyətində keçirdiyi 438 oyunda 450 qol vurub və 131 məhsuldar ötürmə ilə yadda qalıb. Daha sonra portuqaliyalı ulduz karyerasını Turin “Yuventus”unda davam etdirib.
