“Real Madrid” futbol klubunun məşqçisi Alvaro Arbeloa komandada maraqlı motivasiya üsulu tətbiq edir.
İdman.Biz xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Edu Aquirre məlumat verib.
Onun sözlərinə görə, qələbədən sonrakı səhər Arbeloa sanki ofisiant roluna girir və əlində nimçə ilə hər bir futbolçuya yaxınlaşaraq onları şirniyyatlarla qonaq edir.
Məlumata görə, “Mançester Siti” üzərində qələbədən sonra menyuda ponçik və kruassanlar olub.
Qeyd olunur ki, məşqçi bu üsulla soyunub-geyinmə otağında atmosferi yaxşılaşdırmağa çalışır. Hətta futbolçular arasında zarafatla deyilir ki, belə münasibətə görə “Siti”nin qapısından het-trik də keçirmək olar.
