“Orlando Siti”də Qrizmannın transferi ilə bağlı açıqlama veriblər

24 Mart 2026 20:24
95
“Orlando Siti”də Qrizmannın transferi ilə bağlı açıqlama veriblər

“Orlando Siti”nın sahibi və idarə heyətinin sədri Mark Uilf, 2018-ci il dünya çempionu Antuan Qrizmannın kluba transferi ilə bağlı şərh verib.

İdman.Biz bildirir ki, “Atletiko Madrid”in hücumçusu MLS klubu ilə 2026-cı ilin yayında başlayacaq müqavilə imzalayıb.

“Qrizmann öz nəslinin ən istedadlı, uğurlu və nüfuzlu oyunçularından biridir və onun “Orlando Siti”ni seçmək qərarı klubumuzun missiyasını və mədəniyyətini əks etdirir.

Məqsədimiz ildən-ilə çempionluq səviyyəsinə çatan bir heyət qurmaqdır və Antuan kimi dünya səviyyəli bir oyunçunun alınması bu öhdəliyi və klubun nələrə nail ola biləcəyinə olan inamımızı bir daha təsdiqləyir", - Uilf “Orlando Siti”nin rəsmi saytına verdiyi müsahibədə bildirib.

İdman.Biz