“Mançester Yunayted” “Bornmut”la oyunun hakimliyinə görə qəzəblənib

22 Mart 2026 04:15
308
“Mançester Yunayted” “Bornmut”la oyunun hakimliyinə görə qəzəblənib

“Mançester Yunayted” Premyer Liqanın 31-ci turunda “Bornmut”la 2:2 hesablı heç-heçədən sonra Peşəkar Futbol Hakimləri Təşkilatına (PGMOL) rəsmi şikayət edəcək.

İdman.Biz-in “Daily Mail”ə istinadən məlumatına görə, “qırmızı şeytanlar” hesab edirlər ki, ev sahiblərinin müdafiəçisi Adrien Truffer “Mançester Yunayted”in cinah oyunçusu Amad Diallonu öz cərimə meydançasında itələməsindən sonra penalti təyin edilməli idi.

Məlumata görə, “qırmızı şeytanlar”ın rəhbərliyi “daha bir VAR səhvinə görə qəzəblənib”. Klub hesab edir ki, “albalılar”la heç-heçə onların Çempionlar Liqasına vəsiqə qazanmasına təsir göstərə bilər.

Oyunu Stüart Atvel idarə edib.

İdman.Biz