Rafinya Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

19 Mart 2026 19:33
72
Rafinya Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

İspaniyanın “Barselona” klubunun futbolçusu Rafinya Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

İdman.Biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hücumçu 1/8 final mərhələsinin cavab oyununda “Nyukasl” (İngiltərə) ilə keçirilən görüşdə (7:2) iki qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, braziliyalı futbolçu səsvermədə Fransisko Trinkao (“Sportinq”), Vinisius Junior (“Real Madrid”) və Dominik Şoboslaini (“Liverpul”) qabaqlayıb.

İdman.Biz