PSJ-nin oyunçusu Əşrəf Hakimi Çempionlar Liqası tarixində iki fərqli mövsümdə beş və ya daha çox məhsuldar ötürmə edən ilk müdafiəçi olub.
İdman.Biz bunu Squawka-ya istinadən bildirir.
Mərakeşli oyunçu 1/8 finalın “Çelsi” ilə ikinci oyununda Bredli Barkolaya məhsuldar ötürmə edib. Matç 3:0 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb.
27 yaşlı müdafiəçi bu mövsüm bütün yarışlarda 23 oyuna çıxıb, üç qol vurub və beş məhsuldar ötürmə edib. Onun Fransa klubu ilə hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. Transfermarkt-dakı məlumata görə, Hakiminin bazar dəyəri 80 milyon avrodur.
