Türkiyə Superliqası: “Fənərbağça” gözlənilmədən çempionatın autsayderinə məğlub olub

13 Mart 2026 23:42
90
Türkiyə Superliqası: “Fənərbağça” gözlənilmədən çempionatın autsayderinə məğlub olub

Türkiyə Superliqasında 26-cı turun iki oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, çempionatın autsayderi “Fatih Karagümrük” ikinci yerdə qərarlaşaın “Fənərbağça”nı qəbul edib.

Matç 2:0 hesabı ilə meydan sahiblərinin qələbəi ilə yekunlaşıb.

Bu məğlubiyyətlə “Fənərbağça” lider “Qalatasaray”la aradakı xal fərqini azaltmaq üçün real şansı əldən verib. Hazırda “Fənərbağça” liderdən 4 xal geri qalır və 1 oyun çox keçirib. “Karagümrük”ün 17 xalı var.

Digər oyunda “Antalyaspor” öz meydançasında “Qaziantep”ə uduzub – 1:4.

İdman.Biz