“Napoli” Şotlandiya millisinin yarımmüdafiəçisi Skott Maktominey ilə müqaviləni uzatmağı planlaşdırır.
İdman.Biz bu barədə “Sky Sports”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Napoli” şotlandiyalıya 2030-cu ilin yayına qədər müqavilə təklif etmək istəyir.
Maktominey komandanın əsas oyunçularından biridir, lakin o, komandanın ən çox qazanan beş oyunçusu arasında deyil. Bu vəziyyət yeni müqavilə ilə dəyişəcək.
Oyunçu “Napoli”yə 2024-cü ilin yayında “Mançester Yunayted”dən keçib. Bu mövsüm Maktominey klubun heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 10 qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun transfer dəyəri 45 milyon avrodur.
