Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann karyerasını “Mançester Yunayted”də davam etdirməyəcək.
İdman.Biz bu barədə “Manchester Evening News”a istinadən bildirir.
Mənbənin məlumatına görə, alman məşqçinin mankunianlıarın baş məşqçisi təyinatı ehtimalı azdır, çünki onun Almaniya Futbol Assosiasiyası (DFB) ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Məşqçi bu yay milli komandanın dünya çempionatına aparacaq və bu, onun özünü ingilis klubunun mövsümöncəsi hazırlıqlarına tam həsr etməsinə mane olacaq.
“Mançester Yunayted” komandanın yeni məşqçisi ilə bağlı ən qısa zamanda aydınlıq əldə etməyə ümid edir və bu halda yaya qədər gözləmək maneə ola bilər.
