Luis Enrike: “PSJ yenə də Çempionlar Liqasının qalibi ola bilər” - VİDEO

11 Mart 2026 05:10
434
Luis Enrike: “PSJ yenə də Çempionlar Liqasının qalibi ola bilər” - VİDEO

“Pari Sen-Jermen”in baş məşqçisi Luis Enrike komandasının ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazana biləcəyinə inandığını bildirib.

İdman.Biz bildirir ki, parislilər Çempionlar Liqasının 1/8 finalında “Çelsi” ilə qarşılaşacaqlar. İlk oyun 11 martda keçiriləcək.

“Çempionlar Liqasını ilk dəfə qazanmaq ən çətinidir. İkinci dəfə qazanmaq da asan deyil, amma biz bunu bacara bilərik”, - deyə “Le Parisien” qəzeti Enrikenin sözlərini sitat gətirir.

İdman.Biz