Poçettino “Real Madrid”in ona maraq göstərməsi ilə bağlı şayiələrə münasibət bildirib

11 Mart 2026 06:12
283
Poçettino “Real Madrid”in ona maraq göstərməsi ilə bağlı şayiələrə münasibət bildirib

ABŞ milli komandasının baş məşqçisi Maurisio Poçettino “Real Madrid”in onu komandanın yeni məşqçisi kimi nəzərdən keçirməsi ilə bağlı xəbərlərə reaksiya verib.

İdman.Biz bildirir ki, argentinalı məşqçi 2024-cü ilin sentyabr ayından ABŞ millisinə rəhbərlik edir.

“Real Madrid”in marağı məni ruhlandırırmı? Hər şeyin öz vaxtı var. Futbol səni istədiyi yerə aparacaq”, - Poçettino bildirib.

Poçettinonun hazırkı müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədərdir. Alvaro Arbeloa “Real Madrid”in hazırkı baş məşqçisidir. O, 13 yanvar 2026-cı ildən kluba rəhbərlik edir.

İdman.Biz