“The Athletic”dən jurnalist Endi Mittenin sözlərinə görə, “Mançester Yunayted” hücumçu Markus Reşford üçün ilkin 30 milyon avroluq qiyməti endirmək niyyətində deyil.
İdman.Biz bildirir ki, “qırmızı şeytanlar” ilkin 30 milyon avroluq qiyməti endirmək niyyətində deyil.
“Qırmızı şeytanlar” hesab edir ki, oyunçu hazırkı oyun səviyyəsinə görə yayda digər klubların da marağını cəlb edə bilər. “Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrikin Reşfordla maraqlanması ilə bağlı şayiələr hələlik təsdiqlənməyib.
Markus Reşford 2025-ci ilin iyul ayından bəri “Barselona”da icarədədir. “Blauqrana”nın heyətində bütün yarışlarda 37 oyunda 10 qol vurub və 13 məhsuldar ötürmə edib. Kataloniyalılar hazırda La Liqa turnir cədvəlinə başçılıq edirlər.
