“Liverpul” Dimarko uğrunda “Mançester Yunayted”lə rəqabət apara bilər

6 Mart 2026 20:01
103
“Liverpul” Dimarko uğrunda “Mançester Yunayted”lə rəqabət apara bilər

“Liverpul” 31 yaşlı Endryu Robertsonun yerinə 28 yaşlı “İnter”in sol cinah müdafiəçisi Federiko Dimarkonu seçməyi düşünür.

İdman.Biz-in jurnalist Ekrem Konura istinadən verdiyi məlumata görə, “Mançester Yunayted” və “Arsenal” da italiyalı futbolçu ilə maraqlanır.

Mənbənin məlumatına görə, Dimarko ilə maraqlanan komandalar "neradzurri"yə 75-80 milyon avro təklif etməli olacaqlar. Lakin “İnter”in bu məbləğə belə oyunçunu buraxması ehtimalı azdır. Milan klubu müdafiəçinin müqaviləsini 2030-cu ilə qədər uzatmağa hazırlaşır.

Bu mövsüm Dimarko bütün yarışlarda 35 oyunda meydana çıxıb, yeddi qol vurub və 15 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.

İdman.Biz