“Arsenal” bu yay Premyer Liqanın maliyyə qaydalarına uyğunlaşmaq üçün ən azı bir əsas heyət oyunçusunu və ya ən yaxın ehtiyat oyunçularından birini satmaq məcburiyyətində qalacaq.
İdman.Biz bu barədə “The Telegraph”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, yarımmüdafiəçi və komanda kapitanı Martin Odeqaard satışa çıxarılan namizədlərdən biridir. Akademiya məzunlarından ikisinin - İtan Nvaneri və Mayls Lyuis-Skellinin də ayrılması nəzərdən keçirilib. Həmçinin qeyd olunur ki, cinah oyunçusu Qabriel Martinelli və müdafiəçi Ben Uaytın “topçular”dan ayrılma ehtimalı yüksəkdir.
Premyer Liqanın 30 oyunundan sonra “Arsenal” 67 xala malikdir və birinci yerdədir.
