“Çelsi” Pavloviç üçün danışıqlara başlamağa hazırdır

5 Mart 2026 19:53
31
“Çelsi” Pavloviç üçün danışıqlara başlamağa hazırdır

“Çelsi” yaxın həftələrdə yarımmüdafiəçi Aleksandar Pavloviçin mümkün transferi ilə bağlı “Bavariya” ilə danışıqlara başlayacaq.

İdman.Biz bu barədə “Caught Offside”a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “Mançester Siti” artıq oyunçuya yaxın insanlarla qeyri-rəsmi danışıqlar aparıb. Vurğulanıb ki, "Bavariya" oyunçunu satmaq istəmir. Pavloviç həmçinin karyerasını Almaniya nəhəngində davam etdirmək istəyir.

Bu mövsüm Pavloviç bütün yarışlarda 32 oyunda meydana çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 65 milyon avrodur.

İdman.Biz