“Real Madrid”in keçmiş oyunçusu Qaret Beyl peşəkar futbol karyerasının ən yaxşı məşqçisini açıqlayıb.
İdman.Biz bildirir ki, Beyl bu şəfərə Karlo Ançelottini layiq görüb.
“Ançelottinin idarəetmə tərzi ən yaxşı idi; hətta oynamadığınız zaman belə, o, özünü sizə ən yaxşı dost kimi hiss etdirirdi. O, hər kəsi yaxşı əhval-ruhiyyədə saxlamaq və onları əllərindən gələni etməyə motivasiya etmək bacarığına malik idi. Artıq demişəm: “Real Madrid”də söhbət məşqçilikdən yox, oyunçuları idarə etməkdən gedir. Əlbəttə ki, məşqçilər bəzi taktiki şeylər edirlər, amma bu, əsas amil deyil. Ançelotti ən yaxşı dost kimi idi. Amma onun özünəməxsus keyfiyyəti var idi: zəif məşq etsəniz... hər kəsi parçalaya bilərdi. Eyni şey fasilədə də baş verdi, amma onun mükəmməl tarazlığı var idi. İndiyə qədər birlikdə işlədiyim ən yaxşı məşqçidir”, - deyə AS Beyldən sitat gətirir.
Beyl 2013-cü ildən 2015-ci ilə qədər, eləcə də 2021/2022 mövsümündə italiyalı məşqçinin rəhbərliyi altında “Real Madrid”də oynayıb.
