“Liverpul” Premyer Liqada bütün dövrlərin antirekordunu göstərib

4 Mart 2026 08:18
237
“Liverpul” Premyer Liqada bütün dövrlərin antirekordunu göstərib

“Liverpul” İngiltərə Premyer Liqasının 29-cu tur matçında “Vulverhempton”a 2:1 hesabı ilə məğlub olub.

İdman.Biz bildirir ki, mersisaydlılar ikinci qolu 90+4-cü dəqiqədə buraxıblar. Andre Trindade “Vulverhempton”un qolunu vurub.

Opta Sport statistika portalına görə, “Liverpul” Premyer Liqa mövsümündə 90-cı dəqiqədən sonra vurulan qol səbəbindən beşinci dəfə məğlub olub. Liqa tarixində heç bir komanda bir mövsümdə belə bir göstəriciyə malik deyil.

Mersisaydlıların Premyer Liqa oyunlarında 90-cı dəqiqədən sonra qol buraxıb uduzduqları əvvəlki oyunlar bunlardır: 25-ci turda “Mançester Siti” (1:2), 23-cü turda “Bornmut” (2:3), 7-ci turda “Çelsi” (1:2) və 6-cı turda “Kristal Palas” (1:2).

Bu oyundan sonra “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində 48 xalla beşinci yerdədir, “Vulverhempton” isə 16 xalla 20-ci yerdə qalır.

İdman.Biz