Eden Azar PSJ-yə niyə keçmədiyini açıqlayıb

1 Mart 2026 08:16
256
Eden Azar PSJ-yə niyə keçmədiyini açıqlayıb

“Lill”, “Çelsi”, “Real Madrid” və Belçika millisinin keçmiş oyunçusu Eden Azar oyunçu karyerası ərzində PSJ-yə keçə biləcəyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Azar futbol karyerası ərzində klub səviyyəsində 623 oyun keçirib, 167 qol vurub və 153 məhsuldar ötürmə edib.

“Pari Sen-Jermen” hər il mənə müraciət edirdi. Amma mən özüm üçün dəqiq qərar verdim ki, “Lill”dən başqa heç bir Fransa komandasına getməyəcəyəm. Əgər Liqa 1-ə qayıtsaydım, bu, yalnız bu kluba, bəlkə də karyeramı bitirmək üçün olardı. Kluba və bu şəhərin insanlarına hörmətimdən irəli gələrək PSJ-yə keçmək istəmədim”, - deyə “The Touchline” Azarın sözlərini sitat gətirir.

İdman.Biz