İran Futbol Federasiyasının prezidenti Mehdi Tac milli komandanın 2026-cı il dünya çempionatından çıxması ehtimalına münasibət bildirib.
“ABŞ-ın hücumundan sonra dünya çempionatını ümidlə baxmaq olmaz, lakin bu məsələ ilə bağlı qərarı idman təşkilatlarının rəhbərləri verməlidir”, - deyə Tac bildirib.
İran milli komandası 2026-cı il dünya çempionatına vəsiqə qazanıb və Belçika, Misir və Yeni Zelandiya ilə G qrupunda yer alıb. Komandanın hər üç oyununun ABŞ-da keçirilməsi planlaşdırılır.
2026-cı il dünya çempionatı bu yay üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.
