VAR ikinci sarı vərəqələrlə bağlı vəziyyətlərə müdaxilə edə biləcək

1 Mart 2026 07:11
308
VAR ikinci sarı vərəqələrlə bağlı vəziyyətlərə müdaxilə edə biləcək

Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) VAR-ın səlahiyyətlərinin genişləndirilməsi də daxil olmaqla, Futbol Qanunlarına bir sıra dəyişikliklər edib.

İdman.Biz-in BBC-yə istinadən məlumatına görə, video köməkçi hakimlər ikinci sarı vərəqələrlə bağlı vəziyyətlərə müdaxilə edə biləcəklər.

VAR hakimləri meydandakı hakim oyunçuları qarışdırarsa, səhv sarı və ya qırmızı vərəqələri də nəzərdən keçirə biləcəklər. Dəyişikliklər 2026/2027 mövsümündən etibarən qüvvəyə minəcək və 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Kubokunda tətbiq olunacaq.

FIFA VAR-ın səlahiyyətlərinin genişləndirilməsini müdafiə edib, bəzi liqaların nümayəndələri isə oyunda fasilələrin sayını artıra biləcək tədbirlərin qəbuledilməz olduğunu bildiriblər.

İdman.Biz
Məqalədə: