Hollivud aktyorunun klubu İngiltərə Kubokunda mərhələ adlayıb

14 Fevral 2026 19:49
128
Hollivud aktyorunun klubu İngiltərə Kubokunda mərhələ adlayıb

Tanınmış Hollivud aktyoru Rayan Reynoldsun “Reksem” klubu “İpsviç Taun”u 1:0 hesabı ilə məğlub edərək İngiltərə Kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz bildirir ki, oyun 13 fevralda Reksemdəki “Racecourse Ground” stadionunda baş tutub.

Oyunun yeganə qolunu Coş Vindass vurub. Ev sahibi komandanın yarımmüdafiəçisi 34-cü dəqiqədə fərqlənib.

Daha əvvəl “Çelsi” “Hall Siti”ni 460 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlmişdi.

“Reksem” 2022-ci ildən bəri üç dəfə üst liqaya yüksəlib. Hazırda komanda Çempionşip turnir cədvəlində 31 oyundan 47 xalla altıncı yerdədir. Üçüncüdən altıncıya qədər olan yerlər İngiltərə Premyer Liqasına yüksəlmək üçün pley-offda oynamaq hüququ verir.

İdman.Biz