“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu komanda ilə birlikdə Səudiyyə Ərəbistanı Pro Liqasının 22-ci turunda, 14 fevral şənbə günü keçiriləcək “Əl-Fateh”lə oyuna yola düşüb.
İdman.Biz bildirir ki, jurnalist Fabrizio Romano bu barədə özünün X sosial media səhifəsində məlumat verib.
Portuqaliyalı hücumçu daha əvvəl “Əl-Nəsr”in heyətində üç oyunda iştirak etməmişdi, bunlardan ikisi Pro Liqada, biri isə Asiya Çempionlar Liqasında olub.
Ronaldu Suveren Sərvət Fondunun (SIF) bir neçə Səudiyyə Ərəbistanı klubuna qarşı siyasətinə etiraz olaraq “Əl-Nəsr”də oynamayıb. Bundan əlavə, portuqaliyalı oyunçu bunu bəzi komanda işçilərinin maaşlarının gecikdirilməsindən narazılığını bildirmək üçün edib.
