Almaniya Bundesliqasının 22-ci turunun “Borussiya Dortmund” və “Maynts” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, oyun Dortmundda oynanılıb. Hesab 4:0 ev sahibi komandanın xeyrinə olub.
10-cu dəqiqədə dortmundluların hücumçusu Seru Girassi hesabı açıb. Beş dəqiqə sonra hücumçu Maksimilian Bayer ev sahibi komandanın üstünlüyünü artırıb. Girassi ilk hissənin sonlarında ikinci qolunu vurub. 84-cü dəqiqədə qonaqların müdafiəçisi Dominik Kor avtoqol edib.
Bundesliqada 22 oyundan sonra “Borussiya Dortmund” 51 xalla ikinci yerdədir. “Maynts” 21 xalla 14-cü yerdədir.
