Liqa 1: “Monako” “Nant”ı məğlub edib - YENİLƏNİB + VİDEO

14 Fevral 2026 02:18
122
Liqa 1: “Monako” “Nant”ı məğlub edib

Fransa Liqa 1 mövsümünün 22-ci turunun “Monako” və “Nant” komandaları arasında keçirilən oyun 3:1 hesabı ilə “Monako”nun xeyrinə qurtarıb.

Matçda ilk qolu 25-ci dəqiqədə “Monako”nun yarımmüdafiəçisi Simon Adinqra vurub. 28-ci dəqiqədə Adinqra dubl edib. 30-cu dəqiqədə Denis Zakariya “Nant”ın qapısına üçüncü qolu vurub. 45+1-də Fabyen Sentons buraxılan qollardan birinin əvəzini çıxıb.

Fransa liqasında 22 oyundan sonra “Monako”nun 31 xalı var və turnir cədvəlində yeddinci yerdədir. “Nant” isə 14 xalla 17-ci yerdədir.

00:06

Fransa Liqa 1 mövsümünün 22-ci turunun “Renn” və PSJ arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun Renndəki “Roazhon Park” stadionunda baş tutub. Ev sahibi komanda 3:1 hesablı qələbə qazanb.

“Renn”in hücumçusu Musa Əl-Tamari matçın ilk qolunu 34-cü dəqiqədə vurub. 71-ci dəqiqədə hücumçu Esteban Lepol ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. Üç dəqiqə sonra parisli hücumçu Usman Dembele bir qolun əvəzini çıxıb, 85-ci dəqiqədə isə Breel Embolo PSJ-nin qapısına üçüncü qolu vuraraq hesabı 3:1 edib.

Fransa çempionatında 22 oyundan sonra PSJ 51 xala malikdir və turnir cədvəlinə başçılıq edir. “Renn” 34 xalla beşinci yerdədir.

İdman.Biz
Məqalədə: