“Mançester Yunayted”in həmsahibi Cim Retkliff “qırmızı şeytanlar”ın səhmlərinin nəzarət paketinə sahib olan Qleyzer ailəsindən Böyük Britaniyadakı miqrantlar haqqında verdiyi şərhlərə görə üzr istəyib.
İdman.Biz bildirir ki, iş adamı daha əvvəl miqrantların ölkəni ələ keçirdiklərini iddia edib.
Mənbənin məlumatına görə, Qleyzerlər Retkliffin şərhlərinin “Mançester Yunayted”in nüfuzuna xələl gətirə biləcəyindən və klubun yeni stadion tikmək şanslarını sarsıda biləcəyindən qorxurlar.
Əvvəlki media xəbərlərində İngiltərə Futbol Assosiasiyasının tam araşdırmanın zəruri olub-olmadığını müəyyən etmək üçün ingilisin şərhlərini nəzərdən keçirdiyi bildirilirdi.
