UEFA prezidenti milli çempionat oyunlarının xaricdə keçirilməsinə qarşıdır

14 Fevral 2026 00:16
113
UEFA prezidenti milli çempionat oyunlarının xaricdə keçirilməsinə qarşıdır

Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) prezidenti Aleksander Çeferin milli çempionat oyunlarının ölkə xaricində keçirilməsi ideyasını tənqid edib.

İdman.Biz bildirir ki, daha əvvəl mediada La Liqanın bəzi daxili liqa oyunlarını ABŞ-da keçirmək istədiyi barədə məlumatlar yayılmışdı. Çeferin bu təşəbbüsə qarşı çıxıb.

Jurnalist Martin Ziqler Çeferinin sosial media səhifəsindəki sözlərini sitat gətirib: “Əgər özünüz futboldan imtina edirsinizsə, identikliyinizi necə yaradacaqsız, yerli futbol ehtirasını necə qoruyacaqsınız?”.

İdman.Biz