“Milan”, “Atletiko Madrid”, “Fənərbağça”, “Çikaqo Fayr” və adı açıqlanmayan Səudiyyə Ərəbistanı Pro Liqası klubu “Barselona”nın hücumçusu Robert Levandovskiyə təklif göndərib.
İdman.Biz-in “Mundo Deportivo”ya istinadən məlumatına görə, polşalı hücumçu mövsümün sonuna qədər gələcəyi ilə bağlı qərar vermək niyyətində deyil.
Nəşrin məlumatına görə, müqaviləsi 2026-cı ilin yayında başa çatacaq hücumçu Kataloniya klubundan hərəkət gözləyir və çox güman ki, “blauqrana” ilə müqaviləsini uzatmağa hazırdır.
Robert Levandovski “Barselona”ya 2022-ci ildə “Bavariya”dan keçib. O vaxtdan bəri hücumçu Kataloniya komandası ilə iki La Liqa titulunu, üç İspaniya Superkubokunu və bir İspaniya Kubokunu qazanıb. Bu mövsüm polşalı bütün yarışlarda klubun heyətində 29 oyunda meydana çıxıb və 13 qol vurub.
