UEFA Millətlər Liqasının püşkü atılıb

12 Fevral 2026 22:18
68
UEFA Millətlər Liqasının püşkü atılıb

Brüsseldə 2026/27-ci il mövsümü UEFA Millətlər Liqasının final mərhələsinin püşkatması başa çatıb.

İdman.Biz xəbər verir ki, A, B və C liqalarında 16 komanda, D liqasında isə altı komanda iştirak edəcək.

A Liqası
1-ci qrup: Fransa, İtaliya, Belçika, Türkiyə.
2-ci qrup: Almaniya, Niderland, Serbiya, Yunanıstan.
3-cü qrup: İspaniya, Xorvatiya, İngiltərə, Çexiya.
4-cü qrup: Portuqaliya, Danimarka, Norveç, Uels.

B Liqası
1-ci qrup: Şotlandiya, İsveçrə, Sloveniya, Şimali Makedoniya.
2-ci qrup: Macarıstan, Ukrayna, Gürcüstan, Şimali İrlandiya.
3-cü qrup: İsrail, Avstriya, İrlandiya, İsveç.
4-cü qrup: Polşa, Bosniya və Herseqovina, Rumıniya, Kosovo.

C Liqası
1-ci qrup: Albaniya, Finlandiya, Belarus, San Marino.
2-ci qrup: Monteneqro, Ermənistan, Kipr, Latviya/Cəbəllütariq.
3-cü qrup: Qazaxıstan, Slovakiya, Farer adaları, Moldova.
4-cü qrup: İslandiya, Bolqarıstan, Estoniya, Lüksemburq/Malta.

D Liqası
1-ci qrup: Cəbəllütariq/Latviya, Malta/Lüksemburq, Andorra.
2-ci qrup: Litva, Azərbaycan, Lixtenşteyn.

2026/2027 UEFA Millətlər Liqası 2026-cı ilin sentyabrında başlayacaq. Final turniri 9-13 iyun 2027-ci il tarixlərində keçiriləcək.

İdman.Biz