ESPN İngiltərə Premyer Liqası tarixinin ən pis transferlərinin reytinqini dərc edib.
İdman.Biz xəbər verir ki, 2022/23 mövsümü üçün “Çelsi”yə transfer edilən ukraynalı yarımmüdafiəçi Mixail Mudrik siyahıda birinci yeri tutub. Mudrik “Şaxtyor”dan 70 milyon avroya alınıb.
İlk 10-luğa aşağıdakı oyunçular da daxil olub:
1. Mixail Mudrik – “Şaxtyor”dan “Çelsi”yə 70 milyon avroya.
2. Entoni – “Ayaks”dan “Mançester Yunayted”ə 95 milyon avroya.
3. Nikolas Pepe – “Lill”dən “Arsenal”a 80 milyon avroya.
4. Ali Dia – “Sauthempton”a azad agent kimi.
5. Daniel Drinkvoter – “Lester”dən “Çelsi”yə 37,9 milyon avroya
6. Rikardo Alvares – “İnter”dən “Sanderlend”ə 10,5 milyon avroya
7. Romelu Lukaku – “İnter”dən “Çelsi”yə 113 milyon avroya
8. Ceydon Sanço – “Borussiya Dortmund”dan “Mançester Yunayted”ə 85 milyon avroya
9. Tomas Brolin – “Parma”dan “Lids”ə 5,3 milyon avroya
10. Kalvin Filips – “Lids”dən “Mançester Siti”yə 49 milyon avroya
Xatırladaq ki, 2024-cü ilin dekabr ayında Mudrik qadağan olunmuş maddələr siyahısında olan meldonium testi müsbət nəticələnib. Bundan əvvəl o, klubda 73 oyun keçirib, 10 qol vurub və 11 məhsuldar ötürmə edib. Ukraynalı futbolçunun son rəsmi oyunu 2024-cü ilin noyabr ayının sonlarında, “Çelsi”nin 2024/25 Konfrans Liqasının qrup mərhələsində “Haydenhaym”la qarşılaşmasında (2:0) olub. Mudrik həmin oyunda qol vurub.
