Adrian Mutunun “elçiləri”

Xəbərlər
25 Dekabr 2023 10:00
557
Adrian Mutunun “elçiləri”

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutuya ilkin təkliflər gəlib.

İdman.biz xəbər verir ki, Bakı klubunun bir gün öncə müqaviləsinə xitam verdiyi 44 yaşlı mütəxəssisin xidmətində 2 yerli komanda maraqlıdır.

“Kluj” və “Petrolul” “sükanını” Mutuya həvalə etmək arzusundadır. Hətta onlardan birincisinin ilkin şərtləri açıqlayıb.

“Petrolul” isə Rumıniya çempionatında uğursuz çıxış etdiyi üçün klub prezidenti Marian Kopilunun tezliklə danışıqlar masasına oturacağı bildirilir.

Qeyd edək ki, Adrian Mutunu yola salan “Neftçi” baş məşqçi posrunu monteneqrolu Miodraq Bojoviçə həvalə edib.

İdman.biz

Məqalədə: