Portuqaliya millisinin üzvü Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda başladığı etiraz aksiyasına son qoyub.
İdman.Biz “A Bola”ya istinadən xəbər verir ki, buna klub rəhbərliyinin bəzi əməkdaşlara maaş borclarını ödəməsi səbəb olub.
Bundan əlavə, ötən ilin dekabrında səlahiyyətləri məhdudlaşdırılan portuqaliyalı direktorlar Joze Semedo və Simao Koutinyo vəzifələrinə qaytarılıblar.
Kriştianu Ronaldu 2023-cü ilin yanvarından etibarən “Əl-Nəsr”in formasını geyinir. O, bu müddət ərzində komandanın heyətində 127 oyunda 111 qol vurub.
