Erik Şel “Real Madrid”in ilk afrikalı məşqçisi olmaq istəyir

10 Fevral 2026 00:53
126
Erik Şel “Real Madrid”in ilk afrikalı məşqçisi olmaq istəyir

Nigeriya milli komandasının məşqçisi Erik Şel Madrid nəhəngini idarə etmək arzusunu dilə gətirib.

İdman.Biz bu barədə “The Touchline” qəzetinə istinadən bildirir.

“Ən böyük arzum “Real Madrid”in ilk afrikalı məşqçisi olmaqdır”, - Şel sosial şəbəkədə yazıb.

Tunis, Anqola və Qabon kimi digər ölkələrin marağına baxmayaraq, Şel Nigeriya milli komandası ilə işləməyə üstünlük verir.

12 yanvar 2026-cı ildə Xabi Alonsonun gedişindən sonra Alvaro Arbeloa “Real Madrid”in baş məşqçisi təyin edilib. Onun müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İspaniya çempionatının 23 turundan sonra Madrid klubu 57 xalla turnir cədvəlində ikinci yerdədir. Onlar lider “Barselona”dan bir xal geridədirlər.

İdman.Biz