“Roma” A Seriyasının 24-cü turunda “Kalyari”ni məğlub edib - YENİLƏNİB + VİDEO

10 Fevral 2026 01:47
198
“Roma” A Seriyasının 24-cü turunda “Kalyari”ni məğlub edib

İtaliya A Seriyasının 24-cü turunun “Roma” və “Kalyari” komandaları arasında keçirilən oyun başa çatıb.

Komandalar Romadakı “Stadio Olimpiko” stadionunda oynayıblar. Ev sahibi komanda 2:0 hesablı qələbəni qeyd edib.

“Roma”nın hücumçusu Donyell Malen 25-ci dəqiqədə hesabı açıb. 65-ci dəqiqədə Malen dubl edərək hesabı 2:0 edib.

İtaliya çempionatının 24 turundan sonra “Roma”nın 46 xalı var. Komanda turnir cədvəlində beşinci yerdədir. “Kalyari” 28 xalla 12-ci yerdə qalır. 24 oyundan sonra turnir cədvəlinə “İnter” liderlik edir.

00:34

İtaliya A Seriyasının 24-cü turunun “Atalanta” və “Kremoneze” komandaları arasında keçirilən oyun başa çatıb.

Komandalar Berqamoda (Atalanta) “Stadio Jewiss - Atleti Azzurri d'Italia” stadionunda oynayıblar. Hakim Marko Piççinini idi. Ev sahibi komanda 2:1 hesablı qələbəni qeyd edib.

13-cü dəqiqədə hücumçu Nikola Krstoviç Berqamo klubunu irəli çıxarıb. 25-ci dəqiqədə müdafiəçi Davide Zappakosta “Atalanta”nın ikinci qolunu vurub. 90+5-ci dəqiqədə “Kremoneze”nin yarımmüdafiəçisi Morten Torsbi qollardan birinin əvəzini çıxıb.

“Atalanta” bununla mövsümdəki ümumi xallarını 39-a çatdırıb. Komanda hazırda liqa cədvəlində yeddinci yerdədir. “Kremoneze” 23 xalla 16-cı yerdədir.

İdman.Biz