Münhendə ictimai nəqliyyatın tətilinə baxmayaraq, “Bavariya” və “RB Leypsiq” arasında Almaniya Kuboku matçı planlaşdırıldığı kimi keçiriləcək.
İdman.Biz-in “Bild”ə istinadən məlumatına görə, 11 fevral çərşənbə günü keçirilməsi planlaşdırılan dörddəbir final matçı təxirə salınmayacaq. Matçın tətil səbəbindən təxirə salına biləcəyi barədə məlumatlar yayılıb.
Tətil Münhen ərazisindəki bütün metro xətlərinə təsir edəcək və stadiona getməyi planlaşdıran azarkeşlər üçün çətinliklər yaradacaq. Lakin Münhen klubu oyun məkanına təhlükəsiz və rahat girişi təmin etmək üçün azarkeşlər üçün xüsusi nəqliyyat təşkil edəcəyini açıqladı.
