“Barselona” Superliqanı tərk etdiyinə görə cərimədən yayınıb - Mundo Deportivo

7 Fevral 2026 21:56
182
“Barselona” Superliqanı tərk etdiyinə görə cərimədən yayınıb - Mundo Deportivo

Kataloniya klubunun prezidenti Joan Laporta layihənin təşkilatçıları ilə razılığa gəldiyi üçün “Barselona” Avropa Superliqasından çıxdığına görə cəzalardan yayınıb.

Bu barədə İdman.Biz “Mundo Deportivo”ya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “blauqrana”nın 7 fevral şənbə günü elan etdiyi Superliqadan rəsmi şəkildə çıxma qərarı “Barselona”nın UEFA ilə yaxınlaşmasını tamamlayır və onların institusional münasibətlərini normallaşdırır.

Yeni Avropa futbol yarışının elanı 2021-ci ildə edilib. “Barselona” Superliqanın 12 təsisçi üzvündən biri idi. Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) layihəni tənqid edib və bütün iştirakçı klubların digər yerli, Avropa və beynəlxalq yarışlarda iştirakına qadağa qoyulacağını bildirib.

İdman.Biz